<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Dünyaya sülh, barış gəlib,
 Məhəbbət və sevinc gəlib,
 İnsanlara xilas gəlib, xəstələrə təbib gəlib.

[C1]
   Alqış olsun, alqış olsun, izzət verin siz də Ona,
   Xilas gəldi, nicat gəldi insanların həyatına.
   Alqış olsun, alqış olsun, izzət verin siz də Ona,
   Sevinc gəldi, barış gəldi insanların həyatına.

[V2]
 O duyacaq qəlbinizi, daşıyacaq yükünüzü,
 Yox edəcək dərdinizi, qəminizi, qüssənizi.

[V3]
 O yuyacaq Öz Qanıyla insanların günahını,
 O, əbədi siləcəkdir insanların göz yaşını.</lyrics>
<title>Dünyaya sülh, barış gəlib İL130</title>
<hymn_number>130</hymn_number>
</song>